Şensnı kimi deyir? – O, qorxduğum yeganə oyunçu olaraq qalır
“Barselona”nın qapıçısı Voyçex Şensnı “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, polşalı qolkiper argentinalı superulduzu karyerasında qarşılaşdığı ən çətin rəqib adlandırıb:
“İndiyə qədər qarşılaşdığım ən çətin hücumçu Lionel Messidir. Ola bilsin ki, mənə daha çox qol vuran başqa futbolçular olub, çünki o, mənə cəmi 3 qol vurub. Amma o, qorxduğum yeganə oyunçu olaraq qalır. O, ölümcül təhlükəli futbolçudur”.
2025/26 mövsümündə 36 yaşlı qolkiper, 2024-cü ildən çıxış etdiyi Kataloniya klubunun heyətində bütün turnirlərdə 10 oyuna çıxıb. Bu qarşılaşmalarda Voyçex Şensnı 17 qol buraxıb və hələlik heç bir oyunda qapısını toxunulmaz saxlaya bilməyib.
Aut.az
