Azərbaycan futbolu

UEFA C kursu keçirilib

AFFA-nın təşkilatçılığı ilə Şəkidə keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başa çatıb.

Aut.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib.

Ona İdris Bədirov köməklik göstərib.

Kursun ikinci mərhələsi mayın 12-dən 15-dək, üçüncü mərhələsi iyunun 2-dən 5-dək, dördüncü mərhələsi isə iyunun 22-dən 27-dək olacaq.