“Araz-Naxçıvan” üçün tarixi oyun, “Sabah” Moldova səfərində
Bu gün Azərbaycanı UEFA Konfras Liqasında təmsil edən növbəti iki klub meydana çıxacaq.
Aut.az xəbər verir ki, öncə meydana “Araz-Naxçıvan” çıxacaq. Bu görüş Naxçıvan təmsilçisi üçün tarixi olacaq. Klub tarixində ilk avrokubok matçına çıxacaq.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda doğma meydanda Yunanıstan təmsilçisi “Aris”i qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüşü Andrey Çivuletenin rəhbərlik etdiyi rumıniyakı hakimlər briqadası idarə edəcək.
Turnirdəki digər təmsilçimiz “Sabah” isə səfərə yollanıb. “Bayquşkar” Moldova təmsilçisi “Petrokub” ilə qarşılaşacaqlar. Kişineudakı “Zimbru” stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Qal Leyboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək.
UEFA Konfrans Liqası: II təsnifar mərhələsi, ilk oyun
24 iyul
20:00 Araz-Naxçıvan – Aris
21:00 Petrokub – Sabah
