Bakı çempionatı keçiriləcək
Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək.
Aut.az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.
Turnir aprelin 27-də Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Tamaşaçılar üçün arenaya giriş sərbəst olacaq.
