UEFA Arda Turanı cəzalandırdı
“Şaxtyor” Konfrans Liqasının1/4 finalında “AZ Alkmaar”a qarşı ilk oyunda baş verənlərə görə cəzalanıb.
Aut.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
İdman tədbiri üçün uyğun olmayan mesaja görə “şaxtaçılar” 20.000 avro cərimələnib.
Ukrayna klubu həmçinin futbolçunun aldığı ağır xəsarətlər, xüsusən də beyin silkələnməsi ilə bağlı UEFA qaydalarını pozduğuna görə əlavə 10.000 avro ödəməlidir.
Xatırladaq ki, “Şaxtyor” və “AZ” komandaları arasında keçirilən ilk matçın epizodlarından birində Donetsk klubunun yarımmüdafiəçisi İzake Silva rəqibi ilə toqquşduqdan sonra huşunu itirmişdi .
Lakin sonradan özünə gəldi və oyuna qayıtdı. Daha sonra onu ilk hissənin ortalarında Artyom Bondarenko əvəzləyib.
Buna görə də Donetsk klubu təkcə cərimə ödəməməli, həm də məşqçilər, oyunçular və komanda heyəti üçün beyin silkələnməsi ilə bağlı maarifləndirici sessiya təşkil etməlidir.
“Şaxtyor”un baş məşqçisi Arda Turan da ümumi davranış prinsiplərini pozduğuna görə 20 min avro cərimələnib.
Qeyd etmək lazımdır ki, ilk oyunda “şaxtaçılar” rəqiblərini 3-0 hesabı ilə məğlub etmiş, cavab matçı isə 2-2 hesablı heç-heçə ilə başa çatmışdı. “Şaxtyor” Konfrans Liqasının yarımfinalında İngiltərənin “Kristal Palas” komandası ilə qarşılaşacaq.
Aut.az
