ABŞ futbolu da dağıdır: DÇ-2026-da İranı İtaliya əvəz edəcək?
ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə Xüsusi Elçisi Paolo Zampolli İtaliya millisinin DÇ-2026-ya buraxılmasını təklif eib.
Aut.az xəbər verir ki, “xüsusi elçi” İtaliyanın İranın yerinə DÇ-yə buraxılmasını istəyir.
23 apreldə edilən təklif ABŞ Prezidenti Donald Trampa və Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanıb. “The Guardian” qəzetinin verdiyi məlumata görə, diplomat italyan mənşəli olduğunu qeyd edib və dördqat dünya çempionlarının Amerika torpağında keçiriləcək turnirdə iştirak edəcəyinə ümid etdiyini bildirib. Zampolli vurğulayıb ki, İtaliya milli komandasının tarixi nailiyyətləri və idman nüfuzu Dünya Kuboku iştirakçıları üçün tələblərə tam cavab verir.
FIFA prezidenti Canni İnfantino əvvəllər İranın turnirdə iştirak üçün bütün idman tələblərinə cavab verdiyini, öz ölkəsini təmsil etdiyini və meydanda yarışmaq niyyətində olduğunu vurğulamışdı. Lakin Tehran mövcud geosiyasi vəziyyəti nəzərə alaraq Dünya Kubokundan çıxma ehtimalını istisna etməmişdi. İranın idman naziri Əhməd Donyamali 21 apreldə milli komandanın iştirakı ilə bağlı yekun qərarın hələ verilmədiyini və üzərində işlərin davam etdiyini təsdiqləmişdi.
Aut.az
