Boks

Dünya çempionu dopinq testi keçə bilmədi: Səbəbi bu imiş

İki çəki dərəcəsi üzrə keçmiş dünya çempionu Lourens Okoli Toni Yoka ilə döyüş ərəfəsində dopinq testindən müsbət nəticə verib.

Aut.az xəbər verirk i,Bu barədə boksçunun promouter şirkəti “Queensberry Promotions” məlumat yayıb.

Qarşılaşma 25 aprel tarixində Fransanın paytaxtı Parisdə keçiriləcək boks gecəsi çərçivəsində baş tutmalı idi.

“Dünən gecə Könüllü Antidopinq Assosiasiyası (VADA) Queensberry-yə məlumat verdi ki, Lourens Okoli bu şənbə Parisdə keçiriləcək boks şousu öncəsi dopinq testindən müsbət nəticə verib. Tədbirlə bağlı əlavə məlumat yaxın zamanda açıqlanacaq”, – deyə şirkətin bəyanatında bildirilib.

Britaniyalı ağır çəkili boksçu məsələ ilə bağlı münasibət bildirib:

“Kimsə mənfi fərziyyələr irəli sürməzdən əvvəl qeyd edim ki, ötən il aldığım biseps zədəsindən sonra bu hazırlıq dövründə eyni qolda dirsək zədəsi də yaşadım. Müalicə kursu keçdim və indi bu vəziyyətdəyik. Ümid edirəm ki, sağlam məntiq qalib gələcək.

Mən bütün müvafiq qurumlarla tam əməkdaşlıq edəcəyəm və əminəm ki, istintaq məni bəraət qazandıracaq. Hazırda əlavə şərh verməyəcəyəm. Dəstəyə görə hər kəsə təşəkkür edirəm, tezliklə görüşərik”, – deyə Okoli bildirib.

Qeyd edək ki, Okoli son rəsmi döyüşünü 2025-ci ilin sonunda keçirib və Nigeriyada Ebenezər Tettehi texniki nokautla məğlub edib.

Aut.az