İngiltərə

Mən ağıllı adamam, norveçliyəm – Haaland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqanın 33-cü turunda “Arsenal”ı 2-1 hesabı ilə məğlub etdikdən sonra gərginləşən çempionluq mübarizəsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Aut.az xəbər verir ki, Pep Qvardiolanın komandasının ehtiyatda bir oyunu var və “Arsenal”la xal fərqini üçə endirib.

Haaland qələbə qolunu vuraraq matçın əsas qəhrəmanlarından birinə çevrilib.

“Sadəcə onu deyəcəyəm ki, bunu addım-addım, matç-matç etməliyik. Bilirəm ki, başlıqlar istəyirsən, amma mən ağıllı adamam, norveçliyəm”, – Haaland deyib.

Aut.az