Almaniya

“Bayern” 35-ci çempionluğu rəsmiləşdirdi

Almaniya Bundesliqasında çempion bəlli olub.

Aut.az xəbər verir ki, 30-cu turda “Bayern” öz meydanında “Ştutqart”ı qəbul edib və qələbə qazanıb – 4:2. Bu oyundan sonra “Bayern Münhen” vaxtından əvvəl Almaniya çempionu oldu.

Komanda Bundesliqanın turnir cədvəlinə 79 xalla başçılıq edir.  “Bayern” 35-ci dəfə Almaniya çempionluğunu qazanıb.

Aut.az