“Mançester Yunayted” ona görə 135 milyon təklif edib
“Mançester Yunayted” “Leypsiq”in yarımmüdafiəçisi Xavi Simonsla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
“Yunayted” heyətini gənc, lakin keyfiyyətli oyunçularla gücləndirmək istəyir. Simons isə klubun layihəsinə uyğun gəlir. 21 yaşlı futbolçu meydanda əla texniki qabiliyyət, görmə qabiliyyəti və çox yönlülük nümayiş etdirir ki, bu da ona Bundesliqada uğur qazanmağa və Avropanın böyük klublarının diqqətini cəlb etməyə imkan verir.
Qeyd olunur ki, İngiltərə klubu Simons üçün 135 milyon avro təklif etsə də, Almaniya tərəfi bu təklifi qəbul etməyə tələsmir.
Xatırladaq ki, “Leyptsiq” futbolçunun müqaviləsini yanvarda PSJ-dən alıb. Bu mövsüm niderlandlı yarımmüdafiəçi 29 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Aut.az
