İngiltərə

Keyn kimi nəzərdə tutur? – O, dünyanın ən yaxşı vingeridir

“Bavariya”nın hücumçusu Harri Keyn komanda yoldaşı Maykl Oliseni dünya futbolunun ən yaxşı vingeri adlandırıb.

Aut.az xəbər verir ki, “Mən deyərdim ki, hazırda Maykl Olise dünyanın ən yaxşı vingeridir”, – deyə Keynin sözlərini jurnalist Fabritsio Romano yayıb.

Olise 2024-cü ildən “Bavariya”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyuna çıxıb, 18 qol vurub və 29 məhsuldar ötürmə edib. Fransalı futbolçu daha əvvəl “Kristal Pelas” və “Ridinq” klublarında, həmçinin “Mançester Siti”, “Çelsi” və “Arsenal”ın gənclər komandalarında çıxış edib.

“Transfermarkt” portalı Olisenin bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Aut.az