Azarkeşlərə yazığı gəlir
“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümdəki uğursuzluqlarından danışıb.
“Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.
“Azarkeşlərimizə yazığım gəlir. Çox təəssüf ki, bu mövsüm onların istədiyi kimi olmadı. Amma unudulacaq. Keçən il nə etdiyimizin və ya ondan əvvəlkilərin mənim üçün fərqi yoxdur. Bu pis mövsüm üçün bütün məsuliyyəti öz üzərimə götürürəm.
Uğursuzluğun səbəblərindən biri özünəinamın olmamasıdır, bu, göz qabağındadır. Dünya səviyyəli oyunçular anlaşılmaz səviyyədə çıxış edirlər. Hər şey zədələrlə başladı. Biz bunun öhdəsindən gəlməliyik. 10-15 ildən sonra bu mövsümü düşünəndə xatirələr canlanmayacaq, amma ümid edirəm ki, biz çox şey öyrənə və gələn mövsüm bu təcrübədən istifadə edə bilərik”, – deyə “Sky Sports” Kloppdan sitat gətirib
Aut.az
