İngiltərə

Qulağı kəsilən futbolçunun son durumu açıqlandı

İngiltərə kubokunun 1/8 finalı çərçivəsində “Milluoll” ilə matçda (3:1) ağır xəsarət alan “Kristal Pelas”ın və Fransa millisinin hücumçusu Yan-Filip Mateta xəstəxanadan evə buraxılıb.

Aut.az xəbər verir ki, Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəqib qapıçınun uğursuz çıxışından sonra başından təpik Matetanın qulağı kəsilib. O, oksigen maskası ilə xərəkdə meydançadan çıxarılıb, bundan sonra futbolçu təcili olaraq xəstəxanaya göndərilib. Onun qulağına 25 tikiş qoyulub.

Qapıçı isə qırmızı vərəqə ilə cəzalandırılıb.

“İndi yaxın bir neçə gün ərzində o, dincələcək və sağalacaq. Klubumuzun həkimi onun vəziyyətinə nəzarət edəcək. Biz tibb işçilərinə və xəstəxanaya göstərdikləri qayğıya və peşəkarlığa, kluba göndərilən bütün xoş arzulara və dəstəyə görə təşəkkür edirik”, – deyə “Kristal Pelas” bəyanat yayıb.

Qeyd edək ki, Mateta bu mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az