Onunla heç vaxt biznes qura bilməyəcəksiniz – Uayt kimi deyir?
UFC prezidenti Deyn Uayt iki divizionda keçmiş çempion Con Consun əvvəlcə təqaüdə çıxmaq və sonra fikrini dəyişmək qərarına reaksiya verib.
Aut.az xəbər verir ki, “Bloody Elbow” Uaytın sözlərini sitat gətirib:
“Consla mümkün qayıdışı müzakirə etdimmi? Xeyr. Baxın, bu, Conun son 10 ildəki vəziyyətindən nə ilə fərqlənir? Onunla heç vaxt biznes qura bilməyəcəksiniz, amma o, peyda olursa, bu əyləncəlidir”.
Ötən həftə Cons karyerasını bitirdiyini, biznesə diqqət yetirəcəyini açıqladı. Lakin bir neçə saat sonra o, hələ karyerasını bitirmədiyini deyərək, ifadəsini geri götürdü. Mayamidə keçirilən UFC 327-də çıxış edən Cons idmandakı gələcəyindən əmin olmadığını etiraf edib.
Aut.az
