Dünya futboluİspaniya

“Real”ın 19 yaşlı ulduzu ata olacağını açıqladı: İndi beş nəfərik – FOTO

Hazırda icarə əsasında Fransanın “Lion” klubunda çıxış edən “Real”ın 19 yaşlı istedadı Endrik ata olacağını açıqlayıb.

Aut.az xəbər verir ki, futbolçu 23 yaşlı həyat yoldaşı Qabrieli Miranda ilə birlikdə sosial şəbəkədə iki itləri ilə çəkilmiş fotosunu paylaşıb. Paylaşımın təsviri qısa, lakin simvolik olub: “Artıq biz 5 nəfərik”.

Onların münasibətləri də Endrikin karyerası kimi sürətlə inkişaf edib. Cütlük 2022-ci ildən birlikdədir və artıq 2024-cü ildə rəsmi nikaha daxil olub. Həmin vaxt futbolçunun cəmi 18 yaşı var idi.

Futbol göstəricilərinə gəlincə, gənc ulduz Liqa 1-də keçirdiyi 10 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az

 

View this post on Instagram

 

A post shared by GABRIELY (@gabriely)