Boks

Ona trilogiya təklif etdi

Keçmiş dünya çempionu Endi Ruiz Entoni Coşua ilə üçüncü döyüş keçirmək istədiyini bildirib.

Aut.az xəbər verir ki, onun sözlərinə görə, britaniyalıya çağırış etmək fikrində deyil, lakin yenidən rinqdə üz-üzə gəlsələr, qalib gələcəyinə inanır:

“Düşünürəm ki, Coşua ilə trilogiya olmalıdır. Bizim döyüşdən sonra onun həyatı da, mənim həyatım da dəyişdi. Mən onu məğlub etdim. O isə məni yalnız ona imkan verdiyim üçün uddu. İkinci döyüşdə ona zərbə endirməyə şərait yaratdım, çünki səhv etdim və həmin qarşılaşmaya daha ciddi yanaşmalı idim.

Mən çıxıb onu məcbur etmək və ya təzyiq göstərmək istəmirəm. Amma bu, hər ikimiz üçün geri dönüş baxımından yaxşı döyüş olardı. Tam hazır və formada olsam, düşünmürəm ki, kimsə məni məğlub edə bilər”.

Xatırladaq ki, ilk qarşılaşmada Ruiz yeddinci raundda texniki nokautla qalib gələrək ağır çəki boksunda son dövrlərin ən böyük sensasiyalarından birinə imza atmışdı. Bir neçə ay sonra keçirilən revanşda isə Entoni Coşua hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı.

Ruiz sonuncu dəfə 2024-cü ilin yayında rinqə çıxıb və Carrell Millerlə döyüşü heç-heçə başa çatıb.

Aut.az