Dünya futbolu

Bu çempionatda nə baş verir? – 10 tur ərzində 10 məşqçi qovulub

Braziliya çempionatı məşqçi dəyişikliklərinin sayı ilə diqqət çəkib.

Aut.az xəbər verir ki, 2026-cı il mövsümü 28 yanvarda başlayıb və artıq 10 tur geridə qalıb. Bu müddət ərzində 20 komandadan 10-u baş məşqçisini dəyişib.

İşindən ayrılanlar arasında “Korintians”, “Şapekoense”, “Botafoqo”, “Santos”, “Kruzeyro”, “San-Paulo”, “Flamenqo”, “Remo”, “Vasko da Qama” və “Atletiko Mineyro”nun məşqçiləri yer alır.

Bu qərarlar nəticəsində Xorxe Sampaoli və Tite kimi tanınmış mütəxəssislər, eləcə də sabiq məşhur futbolçular Filipe Luis və Ernan Krespo işsiz qalıb.

10 turdan sonra turnir cədvəlinə 25 xalla “Palmeyras” başçılıq edir.

Aut.az