İngiltərəAlmaniyaDünya futboluİspaniya

“Çelsi” ona görə nəhənglərlə yarışacaq

“Çelsi” “Verder Bremen”in mərkəz müdafiəçisi Kərim Kulibali ilə ciddi maraqlanır.

Aut.az xəbər verir ki, 18 yaşlı futbolçu yay transfer pəncərəsi öncəsi bir neçə Avropa nəhəngi tərəfindən izlənilir.

Gənc müdafiəçi bu mövsüm Bundesliqada ən perspektivli oyunçulardan biri kimi diqqət çəkib və “zadəganlar” da daxil olmaqla bir neçə klub artıq onun agentləri ilə danışıqlar aparıb.

Məlumatlara görə, “Çelsi” hazırda yarışda yaxşı mövqedədir, lakin London klubunu güclü rəqabət gözləyir. Kulibali həmçinin “Mançester Yunayted”, “Real”, PSJ, “Nyukasl” və “Napoli” tərəfindən izlənilir.

“Verder Bremen” futbolçunun transferi üçün yüksək məbləğ tələb etməyi planlaşdırır. Onun dəyəri təxminən 40–50 milyon avro qiymətləndirilir. Kərim Kulibali bu mövsüm əsas komandada debüt etsə də, artıq 22 görüşdə meydana çıxaraq əsas heyət oyunçusuna çevrilib.

Aut.az