Həyat yoldaşı paylaşdı: Bu, qırmızı vərəqə deyilsə… – FOTO
“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverdenin həyat yoldaşı Mina Bonino La Liqanın 30-cu turunda “Atletiko” ilə oyunda (2:1) “Barselona”nın müdafiəçisi Jerar Martinin qırmızı vərəqəsinin ləğv edilməsinə münasibət bildirib.
Matçın 46-cı dəqiqəsində katalon müdafiəçisi topa toxunduqdan sonra Tiaqo Almadanın baldır nahiyəsinə zərbə endirib. Hakim Mateo Buskets Martinə birbaşa qırmızı vərəqə göstərib, lakin video köməkçi hakimlərin məsləhətinə əsasən monitorda hadisəyə baxdıqdan sonra bu vərəqəni sarı ilə əvəz edib.
Aut.az xəbər verir ki, Bonino sosial mediada epizoddan foto paylaşaraq yazıb: “Əgər bu, qırmızı vərəqə deyilsə, bu stadion bağlanmalıdır”.
Daha sonra o, paylaşımı silib. Xatırladaq ki, Valverde 23 martda Madrid derbisində Aleks Baenanın ayaqlarına arxadan zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə almışdı.
Aut.az

