Azərbaycan futbolu

Azərbaycan Premyer Liqasında ev oyunlarında ən çox azarkeş toplayan komandalar

Azərbaycan Premyer Liqasında ev oyunlarında ən çox azarkeş toplayan komandalar məlum olub.

2024/25 mövsümündə Premyer Liqa komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Siyahıya “Turan Tovuz” başçılıq edir. Tovuz təmsilçisinin ev matçlarına orta hesabla 4361 tərəfdar gəlib.

“Neftçi” (2209) ikinci pillədə qərarlaşıb. İlk üçlüyü “Sumqayıt” (1858) qapayıb.

Növbəti sıralarda “Qarabağ” (1729), “Sabah” (1357), “Şamaxı” (1161), “Kəpəz” (1033), “Zirə” (753), “Səbail” (642) və “Araz-Naxçıvan” (256) yer alıb.