Dünya futbolu

Ronaldo ilə Messi bir araya gəldi: Yeni LEGO kolleksiyasını təqdim etdilər – VİDEO

LEGO şirkəti 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində yeni konstruktor dəstlərini təqdim edib.

Aut.az xəbər verir ki, kolleksiyanın əsas qəhrəmanları Lionel Messi, Kriştiano Ronaldo, Kilian Mbappe və Vinisius Junior olub.

Yeni kolleksiyanın tanıtımı üçün şirkət futbolçuların iştirakı ilə reklam videosu hazırlayıb. “Hər kəs öz payını istəyir” şüarı ilə “Instagram”da yayımlanan videoda ulduz futbolçular bir masa arxasında əyləşir və masanın ortasında LEGO-dan hazırlanmış Dünya Kuboku yerləşir.

Kolleksiyada futbolçular mini-fiqurlar formasında təqdim olunub. Həmçinin dəstlər xüsusi dizaynda hazırlanıb və hər biri oyunçuların milli komandalarının rənglərini və forma nömrələrini əks etdirir.

Kriştianu Ronaldo bildirib ki, hər gün LEGO dəstinə çevrilmək imkanı əldə edilmir. Kilian Mbappe isə qeyd edib ki, bu dəst onun futbol hekayəsinin bir hissəsini əks etdirir:

“Futbol mənə böyük xəyallar qurmağı və sərhədlərimi daim genişləndirməyi öyrədib. Bu LEGO dəsti mənim hekayəmin bir hissəsini danışır, amma ən əsası bu idman növünü xüsusi edən enerjini və yaradıcılığı çatdırır”.

Qeyd edək ki, şirkət daha əvvəl FIFA ilə əməkdaşlıq çərçivəsində dünya çempionatının əsas kubokunun modelini də təqdim edib.

Aut.az

 

View this post on Instagram

 

A post shared by LEGO (@lego)