Qalmaqal: Kafu rusları təriflədi, “Şaxtyor” rəsmisi bəyəndi – FOTO
“Şaxtyor”un idman direktoru Dario Srna İnstaqramda Braziliya millisinin keçmiş oyunçusu Kafunun bir gün əvvəl müsahibə verdiyi Rusiyanın idman kanalı Match TV-ni təriflədiyi paylaşımını bəyənib.
Aut.az xəbər verir ki, sonradan Dario bu postdan bəyənməsini silib.
Donetsk klubu bu hadisəyə cavab olaraq, Srnanın Kafunun qeydinin nə ilə bağlı olduğunu görmədən bu postu bəyəndiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Şaxtyor” Rusiyanın Serbiya üzərində yoldaşlıq görüşündə qələbəsi ilə bağlı paylaşımı bəyəndiyinə görə Xüsrav Toirovu bir aylıq məvaciblə cərimələmişdi.

Aut.az
