İngiltərəİspaniya

“Yunayted” Reşfordla bağlı qəti qərar verdi

Hücumçu Markus Reşfordun bu yay “Mançester Yunayted”dən ayrılma ehtimalı yüksəkdir.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, “Barselona” ingilis futbolçunun icarəyə götürülmə variantını aktivləşdirməsə belə, “qırmızı şeytanlar”ın onu saxlamaq niyyəti yoxdur.

Səbəb hücumçunun müqaviləsinin “Mançester Yunayted”in yeni əmək haqqı sisteminə uyğun olmamasıdır. Markus Reşford cari mövsümün sonuna qədər “Barselona”ya icarəyə verilib. “Blauqrana”nın oyunçunu 30 milyon avroya almaq seçimi var. İngilis futbolçu bu mövsüm Kataloniya klubunda 39 oyunda meydana çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aut.az