20 yaşında karyerasını bitirdi
Yaponiyalı fiqurlu konkisürən Hana Yoşida 20 yaşında idmandan ayrılıb.
Aut.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində məlumat verib.
“Bu mövsümün sonunda karyeramı bitirmək və növbəti mərhələyə keçmək qərarına gəldiyimi elan etmək istəyirəm.
Hər xatirə və hər təcrübə xüsusi və unudulmaz idi. Sevginizə və dəstəyinizə görə hamınıza səmimi qəlbdən minnətdaram”, – Yosida yazıb.
Hana Yoşida Çində (2023) və Finlandiyada (2024) keçirilən Dünya Qran Pri yarışlarının qalibi olub.
Aut.az
