Dünya futbolu

Qalmaqal: Bosniya İtaliyanı casusluqda ittiham etdi

Bosniya və Herseqovina ilə İtaliya arasında keçiriləcək 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin son oyunundan əvvəl qalmaqal baş verib.

Aut.az xəbər verir ki, Bosniya mediası, mətbuat üçün açıq hissə bitdikdən sonra belə, hərbi kamuflyajlı bir kişinin təlim sessiyasını telefonunda lentə aldığını göstərən bir foto yayımlayıb. Bu, dərhal italyanlara qarşı casusluq ittihamlarına səbəb olub.

Məlum olub ki, həmin şəxs Avropa İttifaqının Bosniyada yerləşən “Althea” sülhməramlı missiyasında xidmət edən italyan əsgəridir. Sülhməramlıların bazası Butmirdəki təlim meydançasına yaxın yerdə yerləşir.

“Corriere dello Sport”un Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, əsgər italyanların rəqibini izləməyib, sadəcə bosniyalı futbolçuların məşqini izləmək üçün dayanıb. Buna baxmayaraq, hadisə böyük ajiotaj yaradıb. Bosniya hakimiyyəti bununla bağlı rəsmi şikayət edəcək.

Bosniya və Herseqovina – İtaliya matçı bu gün Zenitsa şəhərindəki stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Aut.az