İtaliya

“Napoli” Lukaku ilə bağlı açıqlama yaydı: Hansı tədbirlər görüləcək?

Belçikalı hücumçu Romelu Lukaku “Napoli”nin məşqlərinə qoşulmayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya təmsilçisinin rəhbərliyi bildirib ki, məsələyə uyğun intizam tədbirlərinin görülməsi ehtimalını nəzərdən keçirmək hüququnu özündə saxlayır. Həmçinin futbolçunun komandada daimi əsasda çıxış edib-etməyəcəyi ilə bağlı qərar da veriləcək.

32 yaşlı hücumçu səhhətində problemlər olduğunu və Belçikada reabilitasiya keçdiyini açıqlayıb. Bununla belə, Lukaku heç vaxt “Napoli”dən üz döndərməyəcəyini vurğulayıb.

Cari mövsümdə Lukaku klub səviyyəsində bütün turnirlərdə 7 oyunda iştirak edib və 1 qol vurub.

Aut.az