Formula 1

Tarixdə ilk: İtalyanlar liderlik edirlər

Qlobal avtoidman tarixində ilk dəfə olaraq, italyan pilotlar iki böyük çempionatın turnir cədvəlinə başçılıq edirlər.

Aut.az xəbər verir ki, Andrea Kimi Antonelli Formula 1-ə, Marko Bedzekki isə MotoGP-yə başçılıq edir.

Bundan əlavə, Nikolo Buleqa Dünya Superbayk Çempionatında (WorldSBK) liderdir.

“Mercedes” pilotu Kimi Antonelli seriyanın üçüncü mərhələsi olan Yaponiya Qran Prisində qalib gələrək çempionluq titulunu ələ keçirib və Formula 1 tarixində ümumi sıralamaya liderlik edən ən gənc pilot olub.

Aut.az