“Real”ın 18 yaşlı istedadı qərar verdi: Bu ölkənin yığmasında oynayacaq
“Real Madrid”in 18 yaşlı istedadı Tiaqo Pitarç İspaniya millisində oynamaq qərarına gəlib.
Aut.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi İspaniya və Mərakeş pasportlarına malikdir, lakin Avropa ölkəsində oynamağı seçib. Pitarç hələlik böyüklər millisinə çağırılmayıb, lakin İspaniyanın U19 və U20 milli komandalarında oynayıb.
İnsayder Fabritsio Romano Pitarçın sözlərini sitat gətirib: “Arzum İspaniya millisinin əsas heyətində debüt etməkdir”.
Bu mövsüm Tiaqo “Real Madrid”in əsas komandasında debüt edib və artıq 8 oyunda – 4-ü La Liqada, 4-ü isə Çempionlar Liqasında oynayıb.
Aut.az
