Dünya futbolu

Neymarın DÇ-2026 ilə bağlı xüsusi planı bəlli oldu

“Santos”un hücumçusu Neymarın DÇ-2026ya yaxşı formada getməsi üçün xüsusi planı var.

Aut.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb. Neymarın formada qalması üçün onun iş yükü idarə olunacaq.

Braziliyanın Dünya Kuboku heyəti açıqlanana qədər (18 may) “Santos” 14 oyun keçirəcək və Neymarın bunların ən azı yarısında oynaması gözlənilir. 34 yaşlı hücumçu milli komandaya çağırılarsa, turnirdən əvvəl zədələnməmək üçün oynamayacaq. Neymarın uzun səyahət və yüksəklik səbəbindən Ekvadordakı oyun və Braziliya liqasında süni örtüklərdə keçiriləcək bir neçə oyunun buraxacağı gözlənilir.

Aut.az