İngiltərəDünya futbolu

Ərəblər onun üçün 200 milyon ödəməyə hazırdır

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes yay transfer pəncərəsində komandadan ayrıla bilər.

Aut.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, argentinalı futbolçunun transferində “Əl-İttihad” maraqlıdır. Səudiyyə klubu yarımmüdafiəçi üçün 200 milyon avro ödəməyə hazırdır.

Bildirilir ki, Enso son dövrlərdə klubun yaşadığı çətinliklər səbəbindən “Çelsi”ni tərk etməyə isti yanaşır.

Qeyd edək ki, Enso Fernandes 2023-cü ildə “Benfika”dan 121 milyon avroya London klubuna transfer olunub. Onun “zadəganlar” ilə müqaviləsi 30 iyun 2032-ci ilə qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 46 oyuna çıxaraq 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az