Kənan “Yuventus”un tarixinə düşdü: 56 il idi belə şey olmurdu
“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldız “Sassuolo” ilə matçda (1:1) qol vurub.
Aut.az xəbər verir ki, 20 yaşlı türk futbolçu Turin klubunun tarixində 21 yaşına çatmamış Serie A mövsümündə 10 qol vuran ilk əcnəbi oyunçu olub.
İtalyanları da daxil etsək, Yıldız bu kateqoriyada “Yuventus”un yeddinci oyunçusu olub.
21 yaşına çatmamış Serie A mövsümündə ən azı 10 qol vuran sonuncu “qoca sinyora” oyunçusu Roberto Betteqa olub (1970/71 mövsümündə 13 qol).
Aut.az
