Əfsanə klub sahibi olmaq istəyir?
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, 41 yaşlı Lebron Ceyms təqaüdə çıxdıqdan sonra gələcək planlarından danışıb.
Aut.az xəbər verir ki, “Los-Anceles Leykers”in lideri əvvəllər Las Veqasda özünün komandasının olmasını istədiyini bildirmişdi.
“Xeyr, maraqlanmıram. Qətiyyən yox”, – deyə “The Athletic” qəzeti Lebronun sözlərini sitat gətirib.
Ceymsin şərhləri basketbolçunun tərəfdaşı olduğu “Fenway Sports Group”un yüksək giriş haqqı səbəbindən Las Veqasda komanda üçün təklif verməyəcəyi barədə xəbərlər fonunda səsləndirilib. ESPN-in insayderi Şams Çaraniya əvvəllər yeni franşizanın qiymətinin 7 milyard ilə 10 milyard dollar arasında ola biləcəyini bildirmişdi.
Aktiv oyunçulara NBA komandasında pay sahibi olmaq qadağandır, Ceymsin isə hələlik təqaüdə çıxmaq planı yoxdur.
Aut.az
