Basketbol

Hansı NBA ulduzu UFC-də döyüşə bilər? – Şakil O’Nil deyir ki…

“Şöhrət Zalı”nın üzvü, dörqat NBA çempionu Şakil O’Nil UFC-yə keçə biləcək Şimali Amerika liqasının oyunçuları ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Şakil bu barədə “MMAFightingonSBN” YouTube kanalında deyib.

“Ceyms Conson? Mən onun adını çox eşitmişəm, amma digər uşaqlardan əmin deyiləm. O, bir müddət taekvondo ilə məşğul olub. Amma digər uşaqlara gəlincə, mən heç nə deyə bilmərəm”, – Şakil deyib.

Consonun hazırda 38 yaşı var. Basketbolçu “İndiana Pacers”də oynayır. Qeyd edək ki, onun atası kikboksinq üzrə dəfələrlə dünya çempionudur, anası da bir neçə dəfə ölkə çempionu olub.

Aut.az