Boks

Dünya çempionu kimi deyir? – Onunla heç vaxt döyüşməzdim

Keçmiş mütləq dünya çempionu Terens Krouford maraqlı etiraf edib.

Aut.az xəbər verir kio, o, karyerasında rinqə çıxmaq istəmədiyi yalnız bir rəqib olduğunu bildirib. Amerikalı boksçunun sözlərinə görə, dostluq münasibətlərinə görə o, heç vaxt Timoti Bredli ilə döyüşə razılaşmazdı.

“Tim Bredli ilə dostluq münasibətlərimiz var idi. Mən onunla heç vaxt döyüşməzdim”, – deyə Krouford bildirib.

Bununla belə, Kroufordun karyerasında dostuna qarşı rinqə çıxmalı olduğu hal da olub. 2021-ci ildə o, yarımağır çəkidə keçirilən döyüşdə Şon Porteri onuncu raundda nokaut edərək məğlub edib.

Aut.az