Əfsanəvi ukraynalı özünə bənzəyən şahmatçının adını açıqladı – Türkdür
Əfsanəvi ukraynalı şahmatçı Vasili İvançuk hesab edir ki, Danil Dubov, Əlirza Firuzca və Rixard Rapport kimi müasir hücumçular onun stilində deyil.
Aut.az xəbər verir ki, İvançuk 17 yaşlı türk Ediz Güreli xüsusi olaraq qeyd edib.
O, bu barədə “Chessbase.com” saytına verdiyi şərhdə danışıb.
“Düşünmürəm ki, mənim stilim birbaşa onlarınkına oxşayır. Yanaşma baxımından mən daha çox gənc qrossmeyster Ediz Güreli xatırladıram. O, mövqeyi həqiqətən anlamağa çalışır və yalnız kompüterə (məşq zamanı – red.) etibar etmir”, – İvançuk deyib.
Gürel qrossmeyster tituluna 2024-cü ilin yazında nail olub. O vaxt onun cəmi 16 yaşı var idi.
Aut.az
