Əgər bu olmasaydı, nə dediyim və etdiyim heç kəsin vecinə olmazdı – Karlsenin missiyası
Norveç şahmatçısı və qrossmeyster Maqnus Karlsen şahmatla məşğul olmasını özünün əsas peşəkar missiyalarından biri hesab etdiyini bildirib.
Aut.az xəbər verir ki, Karlsen bu barədə “YouTube”da Revpanda müsahibəsində deyib.
“Mən sadəcə oynamağı sevirəm. Təbii ki, bütün turnirləri və ya formatları bəyənmirəm, amma iştirak etdiyim turnirlər əyləncəlidir. Mən hələ də çox yüksək səviyyədə oynayıram və bu da mənə sevinc gətirir! Biri istisna olmaqla, mənim heç bir konkret məqsədim və ya məcburi tapşırığım yoxdur – sevdiyim işlə məşğul olmaq və həzz almaq, hansı ki, həqiqətən də bu yöndə yaxşıyam.
Uşaqlar və bütün dünyada insanlar üçün etdiyim ən vacib şey şahmat oynamaqdır. Əgər bu olmasaydı, nə dediyim və etdiyim heç kəsin vecinə olmazdı. Mən belə xatırlanmaq istəyirəm. İstəyirəm ki, insanlar mənim oyunumu görsünlər və ondan bacardıqlarını götürsünlər”, – Karlsen deyib.
34 yaşlı Maqnus Karlsen 16-cı dünya çempionu (2013-2023) və qrossmeysterdir (2004). 19 yaş 1 aylığında FİDE reytinq siyahısına başçılıq edən ən gənc oyunçu olub.
Aut.az
