MY onlar üçün təklif gözləyir
“Mançester Yunayted” sabiq baş məşqçisi Erik ten Haqın (2022–2024-cü illər) çalışdığı dövrdə transfer edilən beş futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub hücumçular Rasmus Hoylund və Coşua Zirkzee, yarımmüdafiəçilər Manuel Uqarte və Meyson Maunt, həmçinin qapıçı Andre Onananı satmağı planlaşdırır. Qeyd olunur ki, “Yunayted” sadalanan futbolçuların transferinə ümumilikdə 250 milyon funt sterlinq (287,5 milyon avro) xərcləyib.
“Qırmızı şeytanlar” yayda yeni futbolçuların transferi ilə bağlı genişmiqyaslı kampaniya aparmağı planlaşdırır. Mançester təmsilçisi yarımmüdafiəçi, vinger, sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi heyətə qatmaq istəyir.
Aut.az
