Dünya cempionatıDünya futbolu

ABŞ DÇ-2026-da bu formalarda oynayacaq – VİDEO

ABŞ millisi 2026-cı ildə evdə keçiriləcək Dünya Kuboku üçün yeni formasını təqdim edib.

Aut.az xəbər verir ki, formaların nümunələri “X” şəbəkəsindəki “FOX Soccer” səhifəsində dərc edilib.

Formal olaraq ev forması küləkdə dalğalanan Amerika bayrağı şəklində dizayn edilib.

Səfər forması tünd mavi rəngdədir və üzərində ştatları simvolizə edən Amerika bayrağının ulduzları var.

DÇ-2026 ilk dəfə üç ölkə – ABŞ, Meksika və Kanadada 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

ABŞ qrup mərhələsində Paraqvay, Avstraliya və Avropa Pley-off Yolunun C mərhələsinin qalibi (Slovakiya, Kosovo, Türkiyə və ya Rumıniya) ilə oynayacaq.

Aut.az