Basketbol

Bunu bacaran ilk oyunçu oldu

Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və “Denver Naggets”in mərkəz oyunçusu serb Nikola Yokiç liqada növbəti nailiyyətə imza atıb.

Aut.az xəbər verir ki, müntəzəm mövsüm çərçivəsində “Hyuston Rokets”ə qarşı keçirilən oyunda Yokiç tripldabl edib (16 xal, 12 ribaund və 13 məhsuldar ötürmə). Bu, onun mövsümdə 25-ci tripldabl olub.

Beləliklə, serbiyalı basketbolçu ardıcıl dörd mövsümdür 25 və ya daha çox tripldabl edən ilk və yeganə NBA oyunçusuna çevrilib.

Bundan əvvəl Yokiç 126 oyunda ardıcıl 20 və daha çox xal toplayaraq tarixi rekord müəyyənləşdirən Şey Gilces-Aleksanderin nailiyyətinə münasibət bildirib.

Aut.az