Basketbol

“Lənkəran” uduzdu

Azərbaycan Basketbol Liqasında XI tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.

B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında “Naxçıvan”la qarşılaşan “Ordu” 86:64 hesablı qələbə qazanıb. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”a 99:95 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları təxirə salınıb.