Zədələr səbəbindən ən çox dəyər itirən Premyer Liqa klubları
Zədələr və cəzalar səbəbindən hansı İngiltərə liqa klubunun transfer dəyərində ən çox itki verdiyi müəyyən edilib.
Aut.az xəbər verir ki, bunu müəyyən etmək üçün “CannonStats” “Transfermarkt” və “PremierInjuries” (Premier Liqa oyunçularının bütün zədələrini izləyən veb sayt) məlumatlarından istifadə edib.
Siyahıda “Tottenhem” birinci yerdə qərarlaşıb. London klubu illərdir ardıcıl olaraq zədələrdən əziyyət çəkir və nəticədə komanda transfer dəyərində 369,5 milyon funt sterlinq itirib. Bu, 41% deməkdir!
İkinci və üçüncü yerləri tutan komandalar ən böyük maliyyə itkisinə məruz qalmasalar da, nisbət baxımından digərlərindən daha çoxdur: “Bernli” heyətin ümumi transfer dəyərinin 61 milyon və ya 27%-ni, “Brentford” isə 95 milyon və ya 24%-ni itirib.
Tam siyahı belədir:

