Basketbol

Azərbaycan millisi ilk qələbəsini qazandı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.

Aut.az xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb – 21:8.

İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.