Çempionlar Liqası

Xusanovla Haaland ulduzsuz qaldı: Arda isə…

“Real Madrid”in yarımmüdafiəçisi  Federiko Valverde Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Mançester Siti” ilə oyundan (3:0) sonra ən çox reytinq balı alıb.

Aut.az xəbər verir ki, “Marca” het-trik edən oyunçuya dörd ulduz verib. Tibo Kurtua,  Aurelien Tçouameni və məşqçi Alvaro Arbeloa üç ulduza, Vinícius Junior, Arda Gülər iki ulduza layiq görülüb.

“Mançester Siti”dən Bernardo Silva, Antuan Semenyo və Jeremi Doku ən yüksək reytinq alıblar – hər biri iki ulduz. Baş məşqçi Pep Qvardiola bir ulduz alıb. Erlinq Haaland (82 dəqiqə), Abdukodir Xusanov (bütün matç) və Savinyo (45 dəqiqə) heç bir reytinq balı almayıblar.

Aut.az

Xusanovla Haaland ulduzsuz qaldı: Arda isə...