Çempionlar Liqası

UEFA “Çelsi”nin futbolçusuna iş açdı

UEFA “Çelsi”nin hücumçusu Pedro Neto ilə bağlı intizam işi açıb.

Aut.az xəbər verir ki, Çempionlar Liqası turnirinin 1/8 final mərhələsində “Çelsi” ilə PSJ arasında keçirilən ilk oyunda (2:5) baş verib. Portuqaliyalı futbolçu top toplayan oğlanı itələyib. Nəticədə uşaq yıxılıb və bir müddət ayağa qalxa bilməyib.

Futbolçunun bu hərəkəti hər iki komandanın oyunçuları arasında qısa müddətli gərginliyə səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Neto ilə bağlı meydanda hər hansı cəza tətbiq etməyib.

UEFA-nın açıqlamasında bildirilib ki, “Çelsi”nin futbolçusu Pedro Neto idman etikası qaydalarını pozduğuna görə intizam məsuliyyətinə cəlb olunub.

Qurumun intizam qaydalarına əsasən, portuqaliyalı hücumçu bir oyunluq diskvalifikasiya ala bilər. Qarşılaşmadan sonra Neto uşaqdan üzr istəyib və ona öz oyun formasını hədiyyə edib.

Qeyd edək ki, “Çelsi” ilə PSJ arasında cavab oyunu martın 17-də Londonda keçiriləcək.

Aut.az