“Real”dan ÇL-də unikal statistika: Bütün ölkələrdən öndə
“Real” tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Aut.az xəbər verir ki, turnirin tarixi boyunca İspaniya klubları 20 dəfə titula (“Real”15, “Barselona” 5) sahib çıxıblar.
Kubokların sayına görə, Madrid klubu turniri ən çox qazanan ikinci ölkə olan İngiltərəni geridə qoyub. Bu ölkənin təmsilçiləri arasında “Mançester Yunayted” 3, “Liverpul” 6, “Nottinqem Forest” ilə “Çelsi” 2 dəfə, “Aston Villa” və “Mançester Siti” hərəyə 1 dəfə qalib gəlib.
İtaliya komandalarının Çempionlar Liqasında 12 zəfəri var, Almaniya klubları 8, Niderland 6, Portuqaliya 4, Fransa, Rumıniya, Şotlandiya və Serbiya təmsilçisiləri isə hərəyə 1 dəfə turnirin qalibi olublar.
Qeyd edək ki, 2023/24 mövsümünün həlledici matçında “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib.
