Azərbaycan futbolu

“Mingəçevir”in baş məşqçisi ilə bağlı apellyasiya şikayəti təmin edildi

Azərbaycan 1-ci Liqasında çıxış edən “Mingəçevir” komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.

Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.

Ramiz Məmmədov 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.