Dünya futbolu

İran futbolçuları qayıtdılar: Sərhəd yoxlamasında onları dilə tutublar ki…

Çərşənbə axşamı sığınacaq istəməyən İranın qadınlardan ibarət millisinin üzvləri Avstraliyanı tərk edərək vətənlərinə yola düşüb.

Daha əvvəl bildirilmişdi ki, beş iranlı qadın futbolçu Avstraliya polisinin köməyi ilə komandanın düşərgəsindən qaçıb. Onlara humanitar viza verilib. Daha sonra daha iki qadın futbolçunun Avstraliyadan sığınacaq istədiyi məlum olub. Avstraliyada sığınacaq alan oyunçulardan biri də vətənə  qayıtmaq qərarına gəlib.

İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi əvvəllər  İranın qadın futbol komandasını oyunlarından birində dövlət himnini ifa etmədiklərinə görə tənqid etmişdi: “Müharibə dövründə xainlərlə daha sərt davranılmalıdır”.

Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, komanda yola düşən ərəfədə otelin qarşısında və hava limanında etirazlar olub.

Avstraliyadakı iranlılar vətənlərinə qayıtdıqdan sonra futbolçuların edam ediləcəklərindən qorxaraq komandanın İrana yola düşməsinin qarşısını almağa çalışıblar.

Mənbənin məlumatına görə, futbolçular Avstraliya sərhədində təhlükəsizlik yoxlamasından keçərkən yerli rəsmilər və tərcüməçilər onların hər birini müşayiətçilərinin iştirakı olmadan bir-bir kənara çəkərək siyasi sığınacaq təklif ediblər.

Onlardan bəziləri təklifi müzakirə etmək üçün İrandakı ailələrinə zəng etsələr də, nümayəndə heyətinin heç bir üzvü Avstraliyada qalmaq qərarına gəlməyib.

Aut.az