Digər

İkiqat Olimpiya mükafatçısı soyğunçuluğun qurbanı oldu: Bahalı əsər oğurlandı

Latviyanın  xizək (luj) idmanı üzrə milli komandasının məşqçisi və keçmiş idmançı Martinş Rubenis oğurluq hadisəsinin qurbanı olub

Aut.az xəbər verir ki, ikiqat Olimpiya bürünc medalçısının evinə naməlum şəxs və ya şəxslər daxil olaraq qarət törədiblər. Bu barədə “Jauns.lv” portalı məlumat yayıb.

Bildirilir ki, oğrular evdə böyük dağıntı törədərək latviyalı rəssam Yanis Yaunsudrabinşə məxsus qiymətli bir tablonu oğurlayıblar.

Rubenis sosial şəbəkədə yazıb ki, həmin tablo ailə dostu olan Yaunsudrabinş tərəfindən onun ulu babasına hədiyyə edilmişdi. “Əgər bu tablo lombardda və ya hərracda qarşınıza çıxsa, bilin ki, o, Riqada, Pures küçəsi 1 ünvanından oğurlanıb”, – deyə o qeyd edib.

Keçmiş idmançı sosial şəbəkədə evin vəziyyətini göstərən video da paylaşıb. Kadrlarda onun qızı ilə birlikdə dağıdılmış evi yoxladığı görünür.

“Bunu kim edib? Bütün ev darmadağın olunub, bütün sənədlər səpələnib. Qapılar sındırılıb. Dəhşətdir! Burada dəhşətli insanlar olub”, – deyə Rubenis bildirib.

O əlavə edib ki, qarət olunan ev hazırda yaşadığı yer deyil, uşaqlıq illərini keçirdiyi və həyatının böyük hissəsini yaşadığı ata evidir. Rubenis gələcəkdə həmin evi təmir edib qorumaq istədiyini deyib.

Martiņş Rubenis 2006-cı ildə 2006 Qış Olimpiya Oyunlarına Latviyaya luj idman növündə ilk Olimpiya medalını qazandıraraq bürünc mükafata sahib çıxıb. O, həmçinin 8 il sonrakı Oyunların estafet yarışında daha bir bürünc medal əldə edib.

Karyerasını başa vurduqdan sonra Rubenis məşqçiliyə başlayıb və Latviyanın luj üzrə milli komandasına rəhbərlik edir.

Aut.az

Oğurlanmış dəyərli bir rəsm əsəri