BMT-dən fransız idmançılara qarşı hicab qadağasına münasibət
Birləşmiş Millətlər Təşkilatı 2024-cü ildə Fransada keçiriləcək Paris Olimpiya Oyunlarında fransalı idmançıların hicab taxmasına qoyulan qadağaya münasibət bildirib.
Aut.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado jurnalistlərə açıqlaması zamanı məlumat verib.
Qeyd edək ki, Fransanın idman naziri Amelie Oudea-Kastera 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarında idmançıların hicab taxa bilməyəcəklərini açıqlayıb.
