“Mercedes” son 71 ildə bunu ilk dəfə bacardı
“Mercedes” Formula 1 komandası 2026-cı il Avstraliya Qran Prisində qələbə qazanıb.
Aut.az xəbər verir ki, podiumda 1 və 2-ci pilləni “Mercedes” təmsilçisi tutub. Bu, Almaniya komandasının 1955-ci ildən bəri və yeddiqat Formula 1 çempionu Luis Hemiltonun iştirakı olmadan qazandığı ilk qələbədir.
“Mercedes” pilotları Corc Rassel və Andrea Kimi Antonelli komandanın 61-ci qələbəsini qazanıblar. Bu nailiyyətdən əvvəl əvvəlki 55 qələbəni 41 yaşlı britaniyalı pilot qazanmışdı. Hazırda o, “Ferrari” komandasındadır.
Alman komandasının sürücüləri Hemilton olmadan sonuncu dəfə podiumda 1955-ci ildə iki pilotla olublar. O zaman əfsanəvi Juan Manuel Fanqio və Pyero Taruffi İtaliya Qran Prisində birinci və ikinci yeri tutmuşdular.
Aut.az
